XƏBƏRLƏR

Lənkəran Mexanikləşdirmə MMC Bakı Expo Mərkəzdə Keçirilən Beynəlxalq Sərgidə İştirak Etmişdir.

Lənkəran Mexanikləşdirmə MMC 19-22 Oktyabr tarixləri arasında Bakı Expo Mərkəzdə keçirilən 9-cu Beynəlxəlq İstilik,Havalandırma və Kondisiyalaşdırma sistemləri,Su təchizatı,Sanitariya,Ətraf Mühitin Mühafizəsi Texmologiyaları,Üzgüçülük Hovuzu və Bərpa olunan Enerji Sərgisində iştirak etmişdir. BAKU AQUATHERM 2016 sərgisinə Lənkəran Mexanikləşdirmə MMC özünün istehsalı olan SELSİON markalı , LMBQ Buxar qazanı,LMQ 2 və LMQ 3 İsti Su Qazanları, Tək və Cüt istilik Mübadiləli Boyler və Günəş kollektoru ilə qatılmışdır. Şirkətimizn istehsalı olan məhsullar həm analoji şirkətlər həm də sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılandı. Sərgi ərzində Lənkəran Mexanikləşdirmə MMC-nin təsisçisinin nümayəndəsi Cənab Rövşən İskəndərov sərgidə iştirak edən məhşur İtaliya, Rusiya, Çin və digər ölkələrin şirkət təmsilçiləri ilə müxtəlif sahədə əməkdaşlıq üçün görüşlər keçirmişdir. Sonda qeyd etmək istəyirik ki, Azərbaycan istehsalı olan məhsulları MADE İN AZERBAİJAN adıyla dünyaya tanıtmağa çalışdığımız üçün böyük fərəh hissi keçiririk.